Ocean Tiner 646 (SELLÜLOZİK TiNER )

Qablaşma : 0.5 L  / 1 L / 5L / 10 L

MƏHSUL HAQQINDA:

Yüksək keyfiyyətli həlledicilərdən alınmış sellülozik həlledicidir.

XÜSUSİYYƏTLƏRİ:

Ocean Tiner 646 – sellülozik əsaslı bütün boya, astar və lakların tətbiqi, quruması, parlaqlığı, matlığı, yayılması və bu kimi xüsusiyyətlərinə təsir edir.

TƏTBİQİ:

Hər növ sellulozik məhsulların həlledilməsində istifadə oluna bilər. Bundan başqa boya və lakların tətbiqində istifadə olunan alət və avadanlıqların təmizlənməsində və nitrosellüloz məhlulunun hazırlanmasında istifadə olunur. Sellülozik əsaslı bütün boya və lakların həlledilməsində lazımi miqdarda əlavə edilib qarışdırılaraq istifadə olunur. İstifadədən sonra qapağını möhkəm şəkildə bağlamaq lazımdır.

ALIŞMA DƏRƏCƏSİ:

< 23°C

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +15°C ilə +35°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

Ağzı açılmamış orijinal qablaşmada müddətsiz olaraq saxlanıla bilər

XƏBƏRDARLIQ:

R10 alovlana bilər. R20/21/22/25 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayınız.
S 16 Alışan mənbələrdən uzaq tutunuz,siqaret çəkməyiniz
S 46 Udulduğunda dərhal həkimə müraciət edin, qabı və etiketi göstərin.
S51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.