UNİX И-20А
TƏTBİQİ:
- Yüksək təzyiq altında və/və ya temperatur şəraitində işləyən hidravlik sistemlər
- Yüksək təzyiqli pərli, porşenli və dişli nasoslar
- Mayenin mütləq filtrlənmə qabiliyyətini tələb edən həssas hidravlik mexanizmlər (çox həssas servoklapan) : plastik yonma-rəndələmə dəzgahları
- Ətraf mühit və suyla təmasdan çirklənmə riski olan istənilən hidravlik sistem
- Anti-yeyilmə, yüksək performanslı yağın tələb olunduğu bütün tətbiqatlarda; müxtəlif hərəkətli hissələr, içliksiz podşipniklər, diyircəkli podşipniklər, az çəki altında reduktorlar və s.
- Suyun təsadüfən düşdüyü mexanizmlərin yağlanması; maşın alətləri, ferma və ərzaq məhsulları sənaye sahələri, kağız zavodları, poladəritmə və s.
ÜSTÜNLÜKLƏRİ:
- Maşın hissələrinin qorunmasını təmin edən mükəmməl yeyilmə əleyhinə xüsusiyyəti
- Müstəsna oksidləşmə və termal stabillik; yağın istismar müddətini uzadır və yağdəyişmə intervalını artırır
- Suyla və su olmadan mükəmməl filtrləmə qabiliyyəti
- Hidrolizə qarşı yüksək dayanıqlılıq və emulsiyadağıdıcı xüsusiyyəti
- Mexanizm komponentlərinin optimal müdafiəsi üçün lazımi anti-paslanma və anti-korroziya xüsusiyyətləri
- Havaya çox yaxşı reaksiya verir; havanın sürətli buraxılması və aşağı köpüklənmə tendensiyası
- Hidravlik seriyanın məhsullarında ağır metallar və ya sink yoxdur və beləcə onların təbiətdə toplanmasının qarşısı alınır