MOZER SAE 10W40 API SМ/CD
- MOZER 10W-40 həm benzin, həm də dizel mühərrikləri üçün ən ağır tələbatlara cavab vermək məqsədilə hazırlanmış sintetik texnologiyalı mühərrik yağıdır.MOZER 10W-40 katalizatorlu neytrallaşdırıcısı olan mühərriklər və qurğuşunsuz yanacaq istifadə edən bütün növ mühərriklərə tətbiq oluna bilər. Həmçinin dizel və bio-dizellə işləyən mühərriklər üçün də uyğundur.MOZER 10W-40 xüsusilə turbo kompressorlu və çoxklapanlı mühərriklər üçün münasibdir.
ÜSTÜNLÜKLƏRİ:
İstehsalçıların Standartları: İstehsalçıların ən sərt tələblərinə cavab verir (yuxarıda göstərilən), eyni zamanda mükəmməl və daimi keyfiyyəti təmin edir.
Oksidləşmə müqaviməti: Baza yağının və qatqılarının yüksək keyfiyyəti sayəsində oksidləşməyə qarşı xüsusi davamlılıq göstərir.
Mühərrikin qorunması və təmizliyi: Effektiv parçalayıcı gücü sayəsində mühərrikdə hissəciklərin toplanmasını azaldaraq onun təmizliyini təmin edir.
Köhnəlmədən uzunmüddətli qoruma: Mühərrikin hissələrini (paylayıcı, halqa, porşen və vtulka) köhnəlmədən uzun müddət qoruyaraq ömrünü uzadır.
.