
"DC GROUP" şirkəti 1991-ci ildən Azərbaycan bazarında Avtomobil Boyaları, Motor yağları, Filtirlər, Antifrizlər və Akkumulyatorların topdan satış fəaliyyəti ilə məşğul olmuşdur.Rəsmi olaraq 2005 ci ildə təsis olunan şirkətin Baş ofisi Bakı şəhəri olmaqla Azerbaycanın bütün regionlarında numayəndəlikləri, satış nöqtələri və istənilən ünvana çatdırılma imkanı var. Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici istehsalçı fabriklər ilə distributorluq səviyyəsində calışırıq.
Şirkətimiz, hazırda oz sferasında dünyanın qabaqcıl ölkələri olan Turkiyə, Rusiya, Ukrayna, Polşa, Iran, Çin və sairə kimi ölkələrlə əməkdaşlıq edir. Əsas satış brendlərimiz Polşanın dövlət neft şirkəti olan "ORLEN OIL", Turkiyənin ən böyük avtomobil boya istehsalçılarından biri olan "SINTAŞ BOYA", Rusiyanın tanınmış Motor yağları və antifiriz istehsalçısı olan "SV-HIM" zavodunun "UNIX" "SIBTROL" və "MOZER", və Ukraynanın ən böyük akkumulyator istehsalçılarından biri olan "ISTA" zavodunun "VOLTA" və "FEON" brendlərindən ibarətdir.
”DC GROUP” şirkətində yeni brendlərin və onların çeşidlərini ildən ilə artırmaqla yanaşı,keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə nəzarət edilir. Bu da həmçinin istehlakçı və müştərilərin tələb və istəklərinin ödənməsinə xidmət edir.
“DC GROUP” şirkətinin, əsas məqsədlərindən biri , bütün fəaliyyət sahəsində keyfiyyət amilinin on planda tutulması,muştəri məmnuniyyəti prioritet vəzifə qəbul edilməsidir. Şirkətin fəaliyyət sahəsinə uygun olaraq daima inkişaf etmək, xidmət sahəsini genişləndirmək, əməkdaşlarımızın peşəkarlığını təmin etmək, muştərilərin və tərəfdaşların sayını hər il otən ilə nisbətən daha da artırmaq,oz bazarında sağlam rəqabət mühitinin yaranmasında aktiv istirak edərək “liderlik” imicini qazanmaq əsas məqsədlərimizdəndir. Bu hədəflər uzrə ugurlar isə kompaniyanın inkişaf etmiş texniki bazası, eləcə də ticarət sahəsində təcrubəli və peşəkar əməkdaşları sayəsində əldə edilir.
Əsas dəyərlərimiz
Etibarlılıq
Dürüstlük
Prinsipiallıq
Keyfiyyət
Güvən
Missiyamız
- Fəaliyyət göstərdiyimiz sahənin bütün aspektlərini öyrənərək davamlı inkişaf yollarının axtarılması
- Çeşidlərin müxtəlifliyini artırmaq və geniş miqyaslı ticarət dövriyyəsinin qurulması
- Keyfiyyətə nəzarətin artırılması və davamlı olaraq bu istiqamətdə işlərin təşkili
- İşçilərini inkişaf etdirən və işçiləri ilə birgə inkişaf edən bir qurum olmaq